​Barak Obama İŞİD-ə qarşı əməliyyatlar üçün konqresə müraciət edib

​Barak Obama İŞİD-ə qarşı əməliyyatlar üçün konqresə müraciət edib Bu yeni tədbir üç illiyə planlaşdırılıb və sənəddə uzunmüddətli quru hərbi əməliyyatlar nəzərdə tutulmayıb
Digər ölkələr
12 Fevral , 2015 10:28
​Barak Obama İŞİD-ə qarşı əməliyyatlar üçün konqresə müraciət edib

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı hərbi gücdən istifadə etmək üçün rəsmi sanksiyanın verilməsi ilə bağlı Konqresə müraciət edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidenti müraciətində İŞİD-in mövqelərinə zərbə endirmək üçün lazımi səlahiyyətlərə malik olsa da, bununla belə qanunvericilərin birmənalı və birbaşa dəstəyini istədiyini bildirib.

"Koalisiyamız hücum edəndə İŞİD müdafiəyə keçir və uduzur", - B.Obama əminliklə deyib. O, ABŞ-ın daha bir üzücü quru hərbi əməliyyatlara cəlb edilməsi məsələsində ehtiyatlı olmağa və qanunvericiləri bir mövqedən çıxış etməyə çağırıb.

Məlumatda bildirilib ki, bu yeni tədbir üç illiyə planlaşdırılıb və sənəddə uzunmüddətli quru hərbi əməliyyatlar nəzərdə tutulmayıb.

Prezident Barak Obama onu da vurğulayıb ki, ona səlahiyyət verən belə qanun layihəsı ABŞ-ın İŞİD-i məhv etmək üçün başlıca siyasətini dəyişməyəcək.

Xatırladaq ki, ABŞ, eləcə də onun koalisiyadakı müttəfiqləri İŞİD-in Suriya və İraqdakı mövqelərinə hava zərbələri endirirlər.

Son xəbərlər

Orphus sistemi