Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə zəng edərək İranın nüvə proqramına dair yekun sazişin əldə olunmasında Rusiyanın əməli dəstəyini qeyd edib.
"Report"un "Gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, 20 aydır davam edən danışıqların uğurla yekunlaşmasında Moskvanın müstəsna rol oynadığını vurğulayan Ağ Ev başçısı, Yaxın Şərq regionunda və xüsusi ilə Suriyada vəziyyətə dair müzakirələrdə Rusiyanın iştirakını da vacib sayıb.