Barak Obama: "İran iqtisadiyyatı yenidən inkişaf edəcək"

Barak Obama: "İran iqtisadiyyatı yenidən inkişaf edəcək" "Suriyaya xarici döyüşçü axınının qarşısını almağa çalışırıq"
Digər ölkələr
24 İyul , 2015 13:51
Barak Obama: İran iqtisadiyyatı yenidən inkişaf edəcək

Bakı. 24 iyul. REPORT.AZ/ "Türklər, iordaniyalılar və digərləri ilə birlikdə yalnız İŞİD-in təsiri olduğu çevrəni kiçiltməyə çalışmırıq, eyni zamanda, Suriya ilə sərhəddən daxil olan xarici döyüşçü axınını dayandırmaq üçün münasib şərait yaratmağa çalışırıq". "Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama BBC kanalına verdiyi açıqlamada bildirib.

O, müsahibəsində İngiltərənin baş naziri David Kameronun yalnız İŞİD əleyhinə koalisiyada deyil, bütün təhlükəsizlik məsələlərində ABŞ-ın mühüm tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Suriya məsələsində İngiltərə ilə daim sıx əlaqədə olduqlarını qeyd edən Obama əlavə edib ki, İngiltərə İŞİD-lə mübarizə aparan 60 ölkə arasında birincisidir: "Türklər, iordaniyalılar və digərləri ilə birlikdə yalnız İŞİD-in təsiri olduğu çevrəni kiçiltməyə çalışmırıq, eyni zamanda, Suriya ilə sərhəddən daxil olan xarici döyüşçü axınını dayandırmaq üçün münasib şərait yaratmağa çalışırıq. Bu məsələdə irəliləyişlər əldə etmişik, lakin bunu daha da artırmaq üçün İngiltərənin köməyinə ehtiyac var. Digər tərəfdən isə Əsədi, rusları və iranlıları regionda daha uzun və qanlı toqquşmaya sürükləmədən Suriyada siyasi bir keçid yaratmağın lazım olduğunun fərqinə varmaq lazımdır".

B.Obama müsahibəsində, həmçinin İranla əldə olunan nüvə razılaşmasına da toxunub. O bildirib ki, bu müqavilə İranın nüvə silahı əldə etmək yollarını bağlayır: "İran bu müqavilə qarşılığında dondurulan vəsaitlərini yenidən istifadəyə verə biləcək və bununla da iqtisadiyyatı yenidən inkişaf edəcək. Müqavilənin ABŞ Konqresində qəbuluna gəlincə, yeni əlavələrin qəbul ediləcəyinə əminəm". 

Son xəbərlər

Orphus sistemi