​Barak Obama: "ABŞ islamı təhrif edənlərə qarşı vuruşur"

​Barak Obama: "ABŞ islamı təhrif edənlərə qarşı vuruşur" Onun sözlərinə görə, terrorçular ilk növbədə gənc müsəlmanlar arasında təbliğat aparır
Digər ölkələr
19 Fevral , 2015 10:34
​Barak Obama: ABŞ islamı təhrif edənlərə qarşı vuruşur

Bakı.11 fevral. REPORT.AZ/ "ABŞ islama qarşı deyil, onu təhrif edənlərə qarşı vuruşur".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Vaşinqtonda ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitdə ABŞ prezidenti Barak Obama bəyan edib. Onun sözlərinə görə, İŞİD terrorçu qruplaşmasının ideologiyasının məhv edilməsi vacibdir.

"Heç bir din zorakılıq və ya terrora görə məsuliyyət daşımır. Bu hallara görə məsuliyyəti insanlar daşıyır. İŞİD-dən olanların bir milyard müsəlmanın adından danışmağa haqqı yoxdur. İŞİD, yaxud "əl-Qaidə"yə başçılıq edənlər dini liderlər deyillər, onlar terrorçudurlar. Biz islamla deyil, onu təhrif edənlərə qarşı vuruşuruq", - ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, gənclərin radikallaşdırılması və "ovlanmasının" qarşısının alınması vacibdir: "Terrorçular ilk növbədə gənc müsəlmanlar arasında təbliğat aparır, onların beynini yuyurlar".

B.Obama deyib ki, sülh, dözümlülük, birlik çağırışlarında, özəlliklə internet məkanında yeni üsullar gücləndirilməlidir.

Ağ Evin başçısının sözlərinə əsasən, milyonların "gələcəyə ümidinin olmaması" terrorçu təşkilatların məşhurlaşmasının səbəblərindən biridir.

"Ekstremistlərin və terrorçuların bizi gözləmədiyi yerdə onlara qarşı çıxmalıyıq ", - Barak Obama bildirib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqtonda başlayan sammit bu gün başa çatacaq.

Son xəbərlər

Orphus sistemi