Banqladeşdə girovların azad edilməsi üzrə əməliyyat başa çatıb, terrorçuların hamısı öldürülüb - YENİLƏNİB-4 - FOTO

Banqladeşdə girovların azad edilməsi üzrə əməliyyat başa çatıb, terrorçuların hamısı öldürülüb - YENİLƏNİB-4 - FOTO Girovların azad edilməsi əməliyyatı zamanı azı 18 nəfər xilas edilib
Digər ölkələr
2 İyul , 2016 10:35
Banqladeşdə girovların azad edilməsi üzrə əməliyyat başa çatıb, terrorçuların hamısı öldürülüb - YENİLƏNİB-4 - FOTO

Bakı. 2 iyul. REPORT.AZ/ Banqladeş polisi paytaxt Dəkkədə terrorçular tərəfindən restoranda girov götürülmüş şəxslərın xilas edilməsi əməliyyatını başa çatdırıb. Bütün terrorçular öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "NBC News" telekanalı yerli polis nümayəndəsinin sözlərinə əsasən məlumat verib.

"Hadisə yerində olan polis əməkdaşları "NBC News"a açıqlamalarında əməliyyatın başa çatdığını təsdiqləyib. Çevik reaksiya alayının təmsilçiləri terrorçuların hamısının məhv edildiyini bildirib", - telekanalın saytında yazılıb.

***06:00

Bakı. 2 iyul. REPORT.AZ/ Banqladeşin paytaxtı Dəkkə şəhərində terrorçular tərəfindən restoranda girov götürülmüş şəxslərın xilas edilməsi əməliyyatında 5 nəfər ölüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Polisin yaydığı ən son məlumata görə, xilasetmə əməliyyatında azad edilənlərin sayı 11 nəfərə çatıb.

Xatırladaq ki, dünən bir qrup silahlı şəxs paytaxtdakı "Holey Artisan Bakery" restoranına hücum edərək 20 nəfəri girov götürüb. Terrorçuların hücumu zamanı 30-dan çox adam yaralanıb. Yaralananlar arasında polis əməkdaşı da var.

***05:05

Banqladeşin paytaxtı Dəkkə şəhərində terrorçular tərəfindən restoranda girov götürülmüş şəxslərın xilas edilməsi əməliyyatına 100 xüsusi hərbçi cəlb edilib. "Report" xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı artıq 10-dan çox girov azad edilib. Onlardan ikisi xarici ölkə vətəndaşlarıdır.

Qəzetin yazdığına görə, terrorçuların olduğu restorana hücum zamanı atəş, habelə partlayış səsləri eşidilib.

Banqladeş polisi Dəkkə şəhərində 20 nəfəri girov götürmüş terrorçulara qarşı xüsusi əməliyyata başlayıb. "Report" xəbər verir ki, hazırda terrorçuların zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirilir 

***04:42

Bir qrup silahlı şəxs Banqladeşin paytaxtı Dəkkə şəhərindəki Gulşa diplomatik klvartalında yerləşən "Holey Artisan Bakery" restoranına hücum edib. "Report" xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hücum zamanı 30-dan çox adam yaralanıb. Yaralananlar arasında polis əməkdaşı da var.

Silahlı şəxslərin 20-dən çox adamı girov götürdüyü bildirilir. Onlar arasında İtaliyanın 7 vətəndaşı, Argentina, habelə digər ölkələrdən olan əcnəbilər var. Girovlardan ikisi azad edilib.

Ölkə polisi silahlı şəxslərlə danışıqlar aparmaq təklifi ilə çıxış edib. "Biz restoranın içindəki şəxslərdən tələb edirik ki, çölə çıxıb danışıqlara girsinlər" – deyə "Dhaka Tribune" nəşrinə çevik polis dəstəsinin rəhbəri Benəzir Əhməd bildirib.

ABŞ səfirliyi bu ölkənin Dəkkədəki vətəndaşlarını diplomatik kvartaldakı təhlükəli vəziyyət haqqında xəbərdar edib.

Qeyd edək ki, silahlı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Yerli medianın yaydığı xəbərə görə, Banqladeş polisi yaxın saatlarda girovları terrorçulardan azad etmək üçün xüsusi əməliyyat keçirəcək.  

Son xəbərlər

Orphus sistemi