Banqladeşdə zavod uçub, 5 nəfər ölüb

Banqladeşdə zavod uçub, 5 nəfər ölüb Hadisə baş verən zaman fabrikdə 400 nəfər olub
Digər ölkələr
21 Avqust , 2016 14:07
Banqladeşdə zavod uçub, 5 nəfər ölüb

Bakı. 21 avqust. REPORT.AZ/ Banqladeşin mərkəzi hissəsində kəndir istehsalı zavodunun uçması nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə Faridpur bələdiyyəsi ərazisində baş verib. Qəza zamanı fabrikdə ümumilikdə 400 nəfərə yaxın adam olub. Polis ölənlərin sayının arta biləcəyindən ehtiyatlanır.

Son xəbərlər

Orphus sistemi