Banqladeşdə partlayış baş verib, 12 nəfər yaralanıb

Banqladeşdə partlayış baş verib, 12 nəfər yaralanıb Hadisənin hansı səbəbdən baş verməsi barədə hər hansı açıqlama verilmir
Digər ölkələr
7 İyul , 2016 08:44
Banqladeşdə partlayış baş verib, 12 nəfər yaralanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Banqladeşdə partlayış baş verib. 

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, dini ayinlərin icrası zamanı baş vermiş hadisə zamanı bir nəfər ölüb, on iki nəfər xəsarət alıb. Dünyasını dəyişmiş şəxsin polis əməkdaşı olduğu bildirilir. 

Xəsarət alanlar arasında da polis əməkdaşları var. Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 

Hələlik hadisənin hansı səbəbdən baş verməsi barədə hər hansı açıqlama verilmir. 

Son xəbərlər

Orphus sistemi