​Banqladeşdə böyük islam partiyasının lideri edam olunub

​Banqladeşdə böyük islam partiyasının lideri edam olunub Motiur Rəhman Nizami 2014-cü ildə ölüm hökmünə məhkum edilib
Digər ölkələr
11 May , 2016 02:48
​Banqladeşdə böyük islam partiyasının lideri edam olunub

Bakı. 11 may. REPORT.AZ/ Banqladeşdə "Camaat-i-İslami" partiyasının 73 yaşlı lideri Motiur Rəhman Nizami haqqında çıxarılan ölüm hökmü icra olunub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, çərşənbə günü ölkə paytaxtı Dəkkənin mərkəzi türməsində asılıb.

Motiur Rəhman Nizami 2014-cü ildə ölüm hökmünə məhkum edilib. O, 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda Pakistanla müharibə aparılan zaman insanlığa qarşı törədilən cinayətlərdə müqəssir bilinib. Partiya lideri, xüsusilə müəllimlər, jurnalistlər və həkimlər də daxil olmaqla bir neçə yüz insanın qətlində günahlandırılırdı.

Son xəbərlər

Orphus sistemi