Banqladeşdə Aşura mərasiminə hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb

Banqladeşdə Aşura mərasiminə hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb Hücum zamanı 1 nəfər həlak olmuş, 100-dən çox şiə müsəlman isə yaralanmışdı
Digər ölkələr
25 Oktyabr , 2015 20:29
Banqladeşdə Aşura mərasiminə hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Banqladeşdə həyata keçirilmiş bomba hücumunun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Dəkkədə həyata keçirilmiş hücum zamanı bir nəfər həlak olmuş, 100-dən çox şiə müsəlman isə yaralanmışdı.

"Report"un "Amerikanın Səsi"-nə istinadən verdiyi xəbərə görə, İŞİD açıqladığı bəyanatda Banqladeşdəki "əsgərləri"nin dini ritual zamanı bomba hücumu həyata keçirdiyini deyib.

Hücum dünən şiə müsəlmanlar paytaxtdakı məsciddə Aşuranı qeyd etmək üçün toplaşan zaman baş verib. Aşura Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin ölümünü yad edən mərasimdir.

Hücumçular Dəkkənin qədim hissəsindəki Hüseyni Dalan məscidində toplaşan minlərlə insanın üzərinə bomba atıb. Bombalardan üçü partlayaraq bir yeniyetmə oğlanın həyatına son qoyub. Hadisə zamanı onlarla insan isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi