​Banqladeşdə ABŞ səfirliyinin əməkdaşı öldürülüb

​Banqladeşdə ABŞ səfirliyinin əməkdaşı öldürülüb ABŞ hökuməti Banqladeşdən qətlin araşdırılmasını tələb edib
Digər ölkələr
26 Aprel , 2016 03:53
​Banqladeşdə ABŞ səfirliyinin əməkdaşı öldürülüb

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ rəhbərliyi Banqladeş hökumətindən Amerikanın bu ölkədəki səfirliyinin əməkdaşı Ksulxaz Mannanın qətlinin araşdırılmasını tələb edir.

"Report" xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bildirib.

"Biz Banqladeş hökumətini təkidlə bu ağılasığmaz cinayəti törədən şəxsləri mühakimə etməyə çağırırıq", — deyə o söyləyib.

Ned Prays qeyd edib ki, Mannan "ləyaqətlə, cəsarətlə və fədakarlıqla" işləyirdi və nümunəvi əməkdaş idi. 

Son xəbərlər

Orphus sistemi