Baş nazir: "Bağdadinin sağ qalması təəccüblüdür"

Baş nazir: "Bağdadinin sağ qalması təəccüblüdür" "İŞİD tərəfindən təhlükənin yaranması bir çox qərb dövlətlərinin gündəliyini dəyişib"
Digər ölkələr
20 Yanvar , 2015 11:06
Baş nazir: Bağdadinin sağ qalması təəccüblüdür

Bakı. 20 yanvar. REPORT.AZ/ İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadi yaralanıb.

"Report" "əl-Həyat"a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi deyib.

"İraq ordusunun Suriya ilə sərhədindəki əl-Kaim şəhərinə hava zərbələri endirməsi nəticəsində Əbu Bəkr əl-Bağdadi yaralanıb. Onun sağ qalması təəccüblüdür" - o, vurğulayıb. Baş nazirin sözlərinə görə, İŞİD lideri vaxtının çoxunu Suriyada keçirir.

Əl-İbadinin fikrincə, İŞİD tərəfindən təhlükənin yaranması bir çox qərb dövlətlərinin gündəliyini dəyişib.

Əl-İbadi "əl-Həyat"a müsahibəsində ABŞ-la İran arasında gedən müzakirələrə toxunaraq, onların ikitərəfli anlaşmaya yaxınlaşdıqlarını da söyləyib: "Hazırda İran rəhbərliyi öz xalqına bildirmək istəyir ki, razılaşma məsələsində ABŞ-ın niyyəti ciddidir".

Son xəbərlər

Orphus sistemi