Bağdadda avtomobil partladılıb, ölən və yaralananlar var - YENİLƏNİB

Bağdadda avtomobil partladılıb, ölən və yaralananlar var - YENİLƏNİB Terrorçu-kamikadze partlayışı təhlükəsizlik xidmətinin NBM-ində həyata keçirib
Digər ölkələr
13 İyul , 2016 13:43
Bağdadda avtomobil partladılıb, ölən və yaralananlar var - YENİLƏNİB

Bakı. 13 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şimalında baş vermiş güclü partlayışda azı 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi tibb işçiləri və təhlükəsizlik xidmətinin əməkdaşlarının verdiyi informasiyaya əsasən məlumat yayıb.

Hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.

*** 11:43

İraqın paytaxtı Bağdadın şimalında güclü partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, terrorçu-kamikadze Bağdadın Ər-Rəşidiyyə bölgəsində təhlükəsizlik xidmətinin nəzarət-buraxılış məntəsində yaxınlığında partlayıcı qurğu yerləşdirilmiş avtomobili partladıb.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bir gün əvvəl - iyulun 12-də də Ər-Rəşidiyyə bölgəsindəki ərzaq bazarında oxşar terror aktı törədilmişdi. Həmin hadisə zamanı 9 nəfər həyatını itirmiş, 30-dan çox adam yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi