​Bağdadda üç ardıcıl partlayış törədilib, azı 17 nəfər ölüb

​Bağdadda üç ardıcıl partlayış törədilib, azı 17 nəfər ölüb Törədilən terror nəticəsində çoxlu sayda xəsarət alan var
Digər ölkələr
30 May , 2016 14:51
​Bağdadda üç ardıcıl partlayış törədilib, azı 17 nəfər ölüb

Bakı. 30 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda və ona yaxın rayonlarda törədilən ardıcıl partlayışlar nəticəsində azı 17 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, partlayışlardan biri Şaab rayonunda hərbi nəzarət-buraxılış məntəqəsində, ikincisi Bağdadın şimalında Tarmiya şəhərinin küçəsindəki bazarda, üçüncüsü isə ölkə paytaxındakı bazarlardan birində törədilib.

Törədilən terror nəticəsində çoxlu sayda xəsarət alan var. Odur ki, partlayış qurbanlarının sayının artacağı istisna edilmir.

Qeyd edək ki, partlayışlar İraq ordusunun Fəlluca şəhərinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi üçün başlayan əməliyyatla eyni günə təsadüf edib.

Son xəbərlər

Orphus sistemi