Bağdadda Türkiyədən olan 18 fəhlə və mühəndis qaçırılıb

Bağdadda Türkiyədən olan 18 fəhlə və mühəndis qaçırılıb İraq paytaxtının şərqində silahlılar 20 nəfəri oğurlayıb
Digər ölkələr
2 Sentyabr , 2015 13:09
Bağdadda Türkiyədən olan 18 fəhlə və mühəndis qaçırılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şərqində silahlı və maskalılar 20 nəfəri qaçırıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyindən bildirilib.
Qaçırılanların 18-i Türkiyə şirkətində işləyən fəhlə və mühəndislərdir. Onlar Bağdadın Sədr rayonunda idman kompleksi tikirmiş. 

Qeyd edək ki, ötən il İraqın Mosul şəhərində İŞİD Türkiyənin 46 vətəndaşını qaçırmışdı. Onların azad edilməsi prosesi 3 ay sürdü.

Son xəbərlər

Orphus sistemi