​Bağdadda törədilən iki partlayışda 13 nəfər ölüb, 69 nəfər yaralanıb

​Bağdadda törədilən iki partlayışda 13 nəfər ölüb, 69 nəfər yaralanıb Hələlik heç bir terrorçu qruplaşma partlayışların məsuliyyətini üzərinə götürməyib
Digər ölkələr
17 Sentyabr , 2015 12:42
​Bağdadda törədilən iki partlayışda 13 nəfər ölüb, 69 nəfər yaralanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda eyni vaxtda törədilən iki partlayış nəticəsində azı 13 nəfər həyatını itirib, 69 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Al-Sumaria" telekanalı məlumat yayıb.

Məlumata görə, belinə "intiharçı kəməri" bağlayan iki terrorçu bu gün səhər saatlarında Bağdadın mərkəzində Əl-Bab əş-Şərqiyyə rayonundakı meydanda özlərini partladıblar.

Xəbərdə bildirilib ki, ikinci partlayış şəhərin Əl-Basba meydanında baş verib.

Hələlik heç bir terrorçu qruplaşma partlayışların məsuliyyətini üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi