Bakı. 11 yanvar. REPORT.AZ/ Bağdadda ticarət mərkəzinə hücum edən yaraqlılar insanları girov götürüb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Silahlı basqın nəticəsində 7 nəfər həyatını itirib.
Məlumata görə, əl-Cadidə rayonunda yaraqlılar minalanmış avtomobili partladandan sonra atəş açaraq ticarət mərkəzinə daxil olublar və oradakı insanları girov götürüblər.
"Reuters" agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 27 nəfər yaralanıb.