​Bağdadda güclü partlayış törədilib, 14 nəfər ölüb, 37 nəfər yaralanıb

​Bağdadda güclü partlayış törədilib, 14 nəfər ölüb, 37 nəfər yaralanıb Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir
Digər ölkələr
30 Aprel , 2016 10:57
​Bağdadda güclü partlayış törədilib, 14 nəfər ölüb, 37 nəfər yaralanıb

Bakı. 30 aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərinin şərqində Nahravan rayonunda törədilən terror aktı nəticəsində azı 14 nəfər həlak olub, 37 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 30-da səhər saatlarında Nahravan rayonunun yaşayış mətəqələrindən birində partlayıcı yerləşdirilmiş avtomobilin partlaması nəticəsində baş verib.

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

Hələlik terror aktının məsuliyyətini üzərinə götürən olmayıb.  

Son xəbərlər

Orphus sistemi