Bakı. 24 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şimalında polis postunda kamikadzenin özünü partlatması nəticəsində ən azı 10 nəfər həyatını itirib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, insident bazar günü paytaxtın Əl-Kadimeyn rayonu ərazisində baş verib.
Ölənlər arasında 2 polis və 8 dinc sakin var. Polis və tibb xidmətlərindəki mənbələrin məlumatına görə, terror aktı nəticəsində daha 20 nəfər yaralanıb.