Bağdadda hərbi bazanın yaxınlığında partlayış olub: 7 ölü, 26 yaralı

Bağdadda hərbi bazanın yaxınlığında partlayış olub: 7 ölü, 26 yaralı Hadisə qurbanlarının sayının artacağı istisna edilmir
Digər ölkələr
22 Yanvar , 2015 16:00
Bağdadda hərbi bazanın yaxınlığında partlayış olub: 7 ölü, 26 yaralı

Bakı. 22 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən hərbi bazaya kamikadzenin hücumu nəticəsində 7 nəfər ölüb, 26 nəfər yaralanıb.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu məlumatı İraq Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, hadisə Taci şəhərində baş verib. Xəbərdə bildirilib ki, əvvəlcə hərbi kompleksin baş qapısının qarşısındakı minalanmış avtomobillər partlayıb, ardınca iki kamikadze özünü partladıb.

Ölən və xəsarət alanların hamısı hərbçidir. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi