Bağdadda doğum evində güclü yanğın olub, 11 körpə ölüb

Bağdadda doğum evində güclü yanğın olub, 11 körpə ölüb 29 qadın və 7 körpə başqa xəstəxanaya təxliyə edilib
Digər ölkələr
10 Avqust , 2016 10:47
Bağdadda doğum evində güclü yanğın olub, 11 körpə ölüb

Bakı. 10 avqust. REPORT.AZ/ Səhər saatlarında Bağdaddakı doğum evlərindən birində güclü yanğın baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 11 körpə həlak olub.

İlkin ehtimala görə, yanğın elektrik naqilindəki nasazlıqdan baş verib.

29 qadın və 7 körpə başqa xəstəxanaya təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi