Bakı. 12 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda içərisində partlayıcı qurğu olan avtomobil partladılıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, terror hücumu nəticəsində azı 9 nəfər həlak olub. Hadisə zamanı 30 nəfər yaralanıb.
Partlayış Rəşidiyyə bölgəsində yerləşən ərzaq bazarında meydana gəlib.
Hələlik terror hücumuna görə, məsuliyyəti heç kim üzərinə götürməyib.