Bakı. 8 fevral. REPORT.AZ/ Ötən gün İraqın paytaxtı Bağdadda 2003-cü ildən tətbiq edilən komendant saatı ləğv olunub.
"Report" xəbər verir ki, Bağdad sakinləri 12 ildən sonra ilk dəfə olaraq axşam küçələrə çıxıblar.
Amerika qoşunlarının 2003-cü ildə şəhərə müdaxiləsindən sonra burada günün qaranlıq saatlarında sakinlərin şəhərdə hərəkəti üçün məhdudiyyətlər tətbiq edilib.
İraqın baş naziri Hayder Abadinin sözlərinə görə, komendant saatının ləğvinə dair qərar paytaxtda vəziyyətin normallaşdırılması məqsədi ilə qəbul olunub.