Bakı. 19 aprel. REPORT.AZ/ İspaniyanın Melilya şəhərində bu gün Triatlon üzrə Avropa Kuboku yarışları başlayıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, rekord sayda idmançının qatıldığı mötəbər yarışda 26 ölkədən gənc idmançılar iştirak edir. İspaniya, İtaliya, Almaniya, Hollandiya, Böyük Britaniya və digər ölkələrlə bərabər, yarışda Azərbaycan da 6 idmançı ilə təmsil olunur.
Yarışlara ən çox iştirakçı - 72 idmançı ilə İspaniya komandası qatılıb.