Azərbaycan Qəzza zolağına yardım etmək məqsədilə UNRWA üçün vəsait ayırıb

Azərbaycan Qəzza zolağına yardım etmək məqsədilə UNRWA üçün vəsait ayırıb UNRWA rəhbəri Azərbaycana təşəkkürünü bildirib və bunun agentlik üçün ayrılan ilk yardım olduğunu qeyd edib
Digər ölkələr
29 Noyabr , 2014 10:46
Azərbaycan Qəzza zolağına yardım etmək məqsədilə UNRWA üçün vəsait ayırıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan hökuməti Qəzza zolağında fələstinli qaçqınlara yardım etmək və təşkilatın işinə dəstək vermək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 632 min ABŞ dolları məbləğində vəsait ayırıb. Bu barədə "Report" UNRWA mətbuat xidmətinə istinadən xəbər verir. 

Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyinə ayırdığı vəsait UNRWA təşkilatının 18 məktəbində məskunlaşmış 30 000-dən artıq insanın qida məhsulları ilə təmin olunması, su təchizatı və kanalizasiya xidmətlərinin ödənilməsinə, psixoloji-sosial yardımın göstərilməsinə və evsiz insanlar üçün evlərin kirayə götürülməsinə sərf olunacaq. 

UNRWA rəhbəri Pyer Krexenbül Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib və bunun agentlik üçün ayrılan ilk yardım olduğunu qeyd edib.

"Bu yalnız Qəzza üçün faydalı olmayacaq, həmçinin fələstinli qaçqınlarla bağlı Azərbaycanla daha sıx əlaqələrin qurulmasına imkan yaradacaq", - P.Krexenbül əlavə edib.  

UNRWA - Baş Assambleya tərəfindən 1949-cu ildə təsis olunan Birləşmiş Millətlər Təşkilatının agentliyidir. Onun missiyası İordaniya, Liviya, Suriya, Qərb sahildə və Qəzza sektorunda fələstinli qaçqınlara yardım etməkdən ibarətdir. 

Xatırladaq ki, Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim "Report"a bildirib ki, Azərbaycan Fələstinə 500 000 manat məbləğində humanitar yardım görstərib. 

Son xəbərlər

Orphus sistemi