Azərbaycan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dördüncü medalını qazanıb - FOTO

Azərbaycan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dördüncü medalını qazanıb - FOTO Azərbaycan gimnastı Marina Nekrasova isə 13.200 xalla üçüncü pillədə qərarlaşıb
Digər ölkələr
21 Fevral , 2016 18:11
Azərbaycan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dördüncü medalını qazanıb - FOTO

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku yarışlarının final mərhələsinə start verilib.

"Report" xəbər verir ki, yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.

Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparır.

Qadınların sərbəst hərəkətlər yarışlarında Braziliya təmsilçisi Flavia Lopes 13.850 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçli Emma Larsson 13.400 xalla ikinci, Azərbaycan gimnastı Marina Nekrasova isə 13.200 xalla üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi