Bakı. 21 dekabr. REPORT.AZ/ "Rusiyanın müdaxilə etməsi nəticəsində Suriyada müharibə prosesi uzandı".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azad Suriya Ordusunun (ASO) Baş Qərargahının rəisi, briqada generalı Əhməd Xalid Barri deyib.
Onun sözlərinə görə, Suriyanın təyyarələri İŞİD-i vurmaq yerinə, Azad Suriya Ordusunun mövqelərini bombalayır: "Rusiyanın dəstəyi olmasaydı, Bəşşar Əsəd rejimi üç aya çökərdi".
Qeyd edək ki, ötən gün Rusiya təyyarələrinin Suriyanın İdlib şəhərində yaşayış yerini bombalaması nəticəsində 40 dinc sakin həyatını itirib.