Azad Suriya Ordusu Suriyanın bəzi ərazilərini İŞİD-dən xilas edib

Azad Suriya Ordusu Suriyanın bəzi ərazilərini İŞİD-dən xilas edib Hərbi birləşmələr Azaz şəhərindən Cerablusa qədər ərazisinə nəzarəti əlinə alıb
Digər ölkələr
5 Sentyabr , 2016 06:48
Azad Suriya Ordusu Suriyanın bəzi ərazilərini İŞİD-dən xilas edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azad Suriya Ordusu Suriyanın bir sıra ərazilərini İŞİD silahlılarından xilas edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, hərbi birləşmələr ökənin Azaz şəhərindən Cerablusa qədər ərazisini silahlılardan təmizləyərək ona nəzarəti öz əlinə alıb.

Hazırda Suriyanın Türkiyə ilə sərhəd ərazilərinin terrorçulardan tamamilə təmizləndiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi