Bakı. 9 may. REPORT.AZ/ Avstriyanın kansleri Verner Fayman istefa verib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
V.Fayman federal kansleri və Sosial Demokrat Partiyasının sədrliyi vəzifələrindən istefa verdiyini bildirib. O atdığı addımın səbəbini belə açıqlayıb: "Partiyada dəstəklənmədiyim üçün istefa verirəm".