​Avstriyada atışma olub, 2 nəfər ölüb, 11-i yaralanıb

​Avstriyada atışma olub, 2 nəfər ölüb, 11-i yaralanıb İnsident bazar gününə keçən gecə baş verib
Digər ölkələr
22 May , 2016 10:14
​Avstriyada atışma olub, 2 nəfər ölüb, 11-i yaralanıb

Bakı. 22 may. REPORT.AZ/ Avstriyanın qərbində naməlum kişinin insanlara atəş açması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, insident bazar gününə keçən gecə Forarlberq federal torpağının Nentsinq kommunasında təqribən 150 nəfərin iştirakı ilə keçirilən bayram tədbiri zamanı baş verib.

Polis mənbələrinin məlumatına görə, Bakı vaxtı ilə təqribən 05:00 radələrində yaranan mübahisədən sonra 27 yaşlı gənc avtomobildən odlu silah götürərək tədbir iştirakçılarına atəş açmağa başlayıb. O daha sonra özünü öldürüb.

Son xəbərlər

Orphus sistemi