Avstriya Rahat Əliyevin təkrar yarılmasını həyata keçirmək niyyətindədir

Avstriya Rahat Əliyevin təkrar yarılmasını həyata keçirmək niyyətindədir Təkrar yarılma onun ölümün əsl səbəblərinin istintaqdan gizlədilməsi cəhdləri haqqında şübhələri aradan qaldırmaq üçün lazımdır
Digər ölkələr
2 Mart , 2015 12:22
Avstriya Rahat Əliyevin təkrar yarılmasını həyata keçirmək niyyətindədir

Bakı. 02 mart. REPORT.AZ/ Avstriya fevralın 24-də həbsxanada asılmış vəziyyətdə tapılan Rahat Əliyevin meyitinin təkrar yarmasını həyata keçirmək üçün İsveçrəyə müraciət edib. Bu barədə "Report" "Kazakhstan Today"ə istinadən xəbər verir.

Xatırladaq ki, R.Əliyevin əvvəlki yarılması zamanı sedativ preparatların izləri aşkar olunub, bu da  onun ölümündə üçüncü şəxslərin olmasına dair  vəkillərin şübhələrini artırıb. 

Avstriya rəsmilərinin fikrincə, Qazaxıstanın Avstriyadakı sabiq səfiri R.Əliyev intihar edib. Təkrar yarılma onun ölümünün əsl səbəblərini istintaqdan gizlədilməsi cəhdləri haqqında şübhələri aradan qaldırmaq üçün lazımdır.  

Son xəbərlər

Orphus sistemi