Avstriya DİN terror hədələri olan məktub alıb

Avstriya DİN terror hədələri olan məktub alıb Nazirlik: "Təlaş üçün heç bir səbəb yoxdur"
Digər ölkələr
4 Avqust , 2016 16:36
Avstriya DİN terror hədələri olan məktub alıb

Bakı. 4 avqust. REPORT.AZ/ Avstriya Daxili İşlər Nazirliyinə (DİN) ölkənin bəzi federal torpaqlarında polis bölmələrinə qarşı terror hücumları hazırlanması barədə məktub daxil olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları təhdidlərin terrorçulardan gəldiyini düşünür.

DİN-dən bildiriblər ki, hadisənin araşdırılması ilə Konstitusiyanın Müdafiəsi və Terrorla Mübarizə üzrə Federal Xidmət məşğuldur.

Nazirliyini məlumatına görə, elektron məktub bir neçə dəfə analoji təhdidlərin gəldiyi qondarma elektron ünvandan göndərilib.

Bununla belə, DİN təlaş üçün heç bir səbəb olmadığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi