​Avstraliyada siklon 30 min evi işıqsız qoyub

​Avstraliyada siklon 30 min evi işıqsız qoyub Hakimiyyət təbii fəlakətlə bağlı əhalini evdən çıxmamağa çağırıb
Digər ölkələr
20 Fevral , 2015 11:01
​Avstraliyada siklon 30 min evi işıqsız qoyub

Bakı. 20 fevral. REPORT.AZ/ Avstraliyanın şərq sahillərində baş verən güclü tropik "Marsiya" siklonu ölkəninin Kvinslend ştatında 30 mindən artıq evi elektrik enerjisindən məhrum edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, siklon evlərin damlarındakı və küçələrdəki elektrik xətlərini sıradan çıxarıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hakimiyyət təbii fəlakətlə bağlı əhalini evdən çıxmamağa və daha etibarlı yerlərə sığınmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi