Avstraliyada terror aktı hazırlamaqda şübhəli bilinən 2 nəfər həbs olunub

Avstraliyada terror aktı hazırlamaqda şübhəli bilinən 2 nəfər həbs olunub Hüquq-mühafizə orqanları əhali üçün ciddi təhlükə olmadığını qeyd ediblər
Digər ölkələr
23 Dekabr , 2015 04:41
Avstraliyada terror aktı hazırlamaqda şübhəli bilinən 2 nəfər həbs olunub

Bakı. 23 dekabr. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunub.

"Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, 24 yaşlı Abdulla Salihi ilə 20 yaşlı Məhəmməd Alamuyinin Avstraliya Silahlı Qüvvələrinə məxsus "Vullumlu" hərbi bazası ilə bağlı məlumat topladığı və beləliklə hərbçilərə qarşı terror aktı hazırladığı iddia olunur.

Hüquq-mühafizə orqanları əhali üçün ciddi təhlükə olmadığını açıqlayıb.

Qeyd edək ki, hazırda 70-ə yaxın Avstraliya vətəndaşı "İŞİD" qruplaşmasına qoşularaq Suriya və İraqda hərbi əməliyyatlarda iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi