​Avstraliyada məsciddə müəmmalı yanğın baş verib

​Avstraliyada məsciddə müəmmalı yanğın baş verib Sakinlər bildiriblər ki, onlar məscidin alışdığını gördükdən sonra partlayış səsi də eşidiblər
Digər ölkələr
18 May , 2016 05:46
​Avstraliyada məsciddə müəmmalı yanğın baş verib

Bakı. 18 may. REPORT. AZ / Avstraliyanın Viktoriya ştatının Cilonq şəhərinin mərkəzi məscidində müəmmalı yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, alov qısa zamanda məscidi bürüyüb. Güclü alov məscidin damını tamamilə məhv edib. Yanğın hadisəsi zamanı heç kim xəsarət almayıb.

Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Mark Sinkinson məscidin damının uçması təhlükəsi səbəbindən yanğınsöndürənlərin onun içinə girmədiklərini deyib. O, yanğının qəsdən törədildiyini istisna etməyib. Lakin buna baxmayaraq bu məsələ haqda yekun rəyin polislə birgə təhqiqatdan sonra verməyin mümkün olduğunu vurğulayıb.

Yaxınlıqda yaşayan sakinlər isə bildiriblər ki, onlar məscidin alışdığını gördükdən sonra partlayış səsi də eşidiblər.  

Son xəbərlər

Orphus sistemi