Avstraliyada 5,7 bal gücündə zəlzələ olub

Avstraliyada 5,7 bal gücündə zəlzələ olub Hökumət ölkənin bəzi rayonlarından sakinləri təxliyə edib
Digər ölkələr
18 Avqust , 2016 12:36
Avstraliyada 5,7 bal gücündə zəlzələ olub

Bakı. 18 avqust. REPORT.AZ/ Avstraliyanın şimal-şərq sahilində 5,7 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, yeraltı təkanların mərkəzi ölkənin Kvinslend ştatının Bouen şəhərindən 54 km şərqdə, zəlzələnin ocağı isə 7 km dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə xəbər yayılmayıb.

Məlumata görə, Avstraliya hökuməti ölkənin bəzi rayonlarından sakinləri təxliyə edib.

Son xəbərlər

Orphus sistemi