Avstraliya sərhədçiləri 206 milyon dollarlıq narkotik maddə aşkarlayıb

Avstraliya sərhədçiləri 206 milyon dollarlıq narkotik maddə aşkarlayıb Fakta əsasən yeddi Avstraliya və bir Malayziya vətəndaşı saxlanılıb
Digər ölkələr
4 İyul , 2016 08:02
Avstraliya sərhədçiləri 206 milyon dollarlıq narkotik maddə aşkarlayıb

Bakı. 4 iyul. REPORT.AZ/ Avstraliyanın müvafiq qurumları 206 milyon ABŞ dolları məbləğində (275 kiloqram metamfetamin) aşkar edilməsi faktı ilə əlaqədar səkkiz şübhəli şəxsə qarşı ittiham irəli sürüb.

"Report" "Frans Press" agentliyinə istinadən xəbər verir ki, Avstraliyanın İmmiqrasiya və Sərhəd Mühafizəsi Nazirliyinin əməkdaşları yük daşıyan konteynerlərin döşəməsinin altında külli miqdarda narkotik vasitə aşkar edib. Fakta əsasən yeddi Avstraliya və bir Malayziya vətəndaşı saxlanılıb.

"Üç nəfərə qarşı kommersiya qanunvericiliyinin pozulması ittihamı irəli sürülüb. Beş nəfər isə satış məqsədilə külli miqdarda metamfetaminin qanunsuz gətirilməsi cəhdi üzrə ittiham olunurlar" – deyə nazirliyin nümayəndələri bildiriblər. Bu şəxslər ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalana bilər.

Avstraliya polisi bildirib ki, əməliyyata metamfetaminin qaçaqmalçılığına qarşı mübarizə aparan Çin hakimiyyət orqanları da dəstək verib.

Son xəbərlər

Orphus sistemi