​Avropaya sığınmaq istəyən 2 870 mühacir həyatını itirib

​Avropaya sığınmaq istəyən 2 870 mühacir həyatını itirib Sara Krou: "Avropa İttifaqı dövlətlərinə sığınmaq istəyənlərin 1/4-i uşaqdır"
Digər ölkələr
22 Sentyabr , 2015 19:58
​Avropaya sığınmaq istəyən 2 870 mühacir həyatını itirib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə keçmək istəyərəkən ölən qaçqınların sayı 2 870 nəfər' çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) yayıb.

BMT Uşaq Fondunun məlumatına əsasən, Avropaya sığınmaq istəyən mühacirlərin 1/4-i uşaqdır. 

"Cari ilin ilk 7 ayında Avropa İttifaqı dövlətlərinə 133 min uşaq sığınmaq istəyib. Bu, 2014-cü illə müqayisədə 80 faiz çoxdur", - UNİCEF-in təmsilçisi Sara Krou bildirib. 

Son xəbərlər

Orphus sistemi