Avropada dəmir yollarının təhlükəsizliyinə dair danışıqlar aparılır

Avropada dəmir yollarının təhlükəsizliyinə dair danışıqlar aparılır Fransa daha sərt təhlükəsizlik tədbirləri tələb edir
Digər ölkələr
29 Avqust , 2015 20:35
Avropada dəmir yollarının təhlükəsizliyinə dair danışıqlar aparılır

Bakı. 29 avqust. REPORT.AZ/ Amsterdam-Paris xətti üzrə hərəkət edən sürət qatarına hücum cəhdinin ardından Avropa rəsmiləri dəmir yollarında təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə dair müzakirələr aparır.

"Report" BBC-yə istinadən xəbər verir ki, Fransa, Britaniya, Almaniya, İtaliya, İspaniya, Belçika, Lüksemburq, Niderland və İsveçrə nazirlərinin iştirakı ilə bu gün Parisdə başlayan danışıqlarda Fransa tərəfinin daha sərt təhlükəsizlik tədbirləri tələb edəcəyi güman edilir.

Keçən həftə qatara hücum cəhdi zamanı sərnişinlər silahlı şəxsi yaxalamağı bacarmışdı. Fransada 25 yaşlı Əyyub Əl-Xazzaniyəyə qarşı ittiham irəli sürülüb.

Lakin silahlı şəxsin Brüsseldə qatara necə minməsi hələ də suallar doğurur.

Son xəbərlər

Orphus sistemi