Avropa Şurası baş katibi: “Ukrayna öz ərazisində açıq hərbi təcavüzlə üzləşib”

Avropa Şurası baş katibi: “Ukrayna öz ərazisində açıq hərbi təcavüzlə üzləşib” “Yəqin ki, Ukraynanın ərazi bütövlüyünün açıq-aşkar pozulması mövcuddur”
Digər ölkələr
2 Sentyabr , 2014 18:15
Avropa Şurası baş katibi: “Ukrayna öz ərazisində açıq hərbi təcavüzlə üzləşib”
Bakı. 2 sentyabr. REPORT.AZ/ Avropa Şurasında (AŞ) hesab edirlər ki, Ukrayna öz ərazisində açıq hərbi təcavüzlə üzləşib. Report-un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının Baş katibi Turbyörn Yaqland Kiyevdə Ukraynanın xarici işlər naziri Pavel Klimkin ilə birgə keçirilən mətbuat konfransında bildirib.  

“Biz dərk edirik ki, Ukrayna və Ukrayna xalqı öz ərazilərində  açıq hərbi təcavüzlə üzləşib” - deyə, Yaqland qeyd edib.

Onun sözlərinə görə, bu vəziyyət İkinci dünya müharibəsindən sonra yaradılan Avropa təşkilatlarının, o cümlədən Avropa ərazisində bu cür münaqişələrin qarşısını almaq üçün yaradılan Avropa Şurasının fəaliyyətində olan nöqsanlardan irəli gəlir. “Ukraynanın ərazi bütövlüyünün, eləcə də hüquq üstünlüyü prindipinin açıq-aşkar pozulması mövcuddur, çünki AŞ nizamnaməsində qeyd olunub ki, ölkələr təşkilatın üzv ölkələri ərazisində bütün münaqişələri sülh yolu ilə həll etməlidirlər” - deyə, baş katib qeyd edib.

Onun sözlərinə görə, hazırda ən mühüm məsələ münaqişənin sülh yolu ilə həlli yollarını tapmaqdan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi