Bakı. 11 noyabr. REPORT.AZ/ Yaxın 2-3 gün ərzində Maltanın paytaxtı Valetta şəhəri Avropa İttifaqı (Aİ) və Afrika liderlərinin görüş yeri olacaq.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Aİ-Afrika sammitinin rəsmi açılış mərasimi noyabrın 12-ə nəzərdə tutulub. Tədbirə 10 Afrika dövlətinin liderləri ilə yanaşı Aİ-yə üzv olan 28 ölkənin rəsmiləri qatılacaq.
Sammitdən dərhal sonra isə Maltada Aİ liderlərinin növbədənkənar iclası keçiriləcək.