​Avropa Şurasının başçısı Aİ-yə yeni miqrasiya dalğası təhlükəsinin mümkünlüyü barədə bildirib

​Avropa Şurasının başçısı Aİ-yə yeni miqrasiya dalğası təhlükəsinin mümkünlüyü barədə bildirib Donald Tusk bildirib ki, Suriyadakı vətəndaş müharibəsində Bəşşar Əsədin qələbəsi Aİ-yə miqrasiyanın yeni dalğasına səbəb ola bilər
Digər ölkələr
6 Oktyabr , 2015 14:22
​Avropa Şurasının başçısı Aİ-yə yeni miqrasiya dalğası təhlükəsinin mümkünlüyü barədə bildirib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Avropa Şurasının başçısı Donald Tusk Avropa Parlamentindəki çıxışı zamanı Suriyadakı vəziyyətin Aİ-yə miqrasiyanın yeni dalğası təhlükəsinin yaratdığını bildirib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər.

"Bölgəyə səfərlərim zamanı kiminlə danışmağımdan asıllı olmayaraq - Türkiyə, İordaniya və ya Misirdə yerləşən qaçqın düşərgələrindəki insanlar, ya da prezidentlər olsun məni bir şey barədə xəbərdarlıq edirdilər: İran və Rusiyanın iştirakına görə bu gün Əsəd rejiminin daha çox potensial qələbəsinin mümkünlüyü Suriyada miqrasiyanın yeni növbəti dalğasına səbəb olacaq. Dünən bunu Türkiyə prezidenti Ərdoğan da təsdiqləyib. Türkiyənin hesablamalarına görə, daha 3 milyon potensial qaçqın Hələb və onun ətraf ərazilərindən qaçqın düşə bilər", - Tusk bildirib.

Son xəbərlər

Orphus sistemi