Bakı. 19 May. REPORT.AZ/ Bu gün Brüsseldə
"Report"un məlumatına görə, "Avropa demokratik təhlükəsizlik naminə birgə cavabdehlik" mövzusuna həsr olunan tədbir Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın nitqi ilə öz işinə başlayacaq.
Terrorizmlə mübarizə məsələlərinin də aktiv olaraq müzakirə ediləcəyi tədbirdə ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
Sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsində sədrlik növbəti altı ay üçün Belçikadan Bosniya və Herseqovinaya keçəcək.