Avropa Parlamenti Yunanıstana xəbərdarlıq edib

Avropa Parlamenti Yunanıstana xəbərdarlıq edib Bu xəbərdarlıq Yunanıstanın baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri ərəfəsində səslənib
Digər ölkələr
4 Aprel , 2015 21:40
Avropa Parlamenti Yunanıstana xəbərdarlıq edib

Bakı. 4 aprel. REPORT.AZ/ Avropa Parlamentinin sədri Martin Şults Yunanıstanı Avropa İttifaqını parçalamaq cəhdlərindən çəkinməyə çağırıb. Almaniyalı sosial-demokrat aprelin 4-də “Hannoversche Allgemeine Zeitung” qəzetində dərc edilmiş müsahibəsində Afinanı öz avropalı tərəfdaşlarını “qəzəbləndirməməyə” çağırıb. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu xəbərdarlıq Yunanıstanın baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri ərəfəsində səslənib.

Şultsun sözlərinə görə, Yunanıstan hökumətinin başçısı Avropa İttifaqına təqdim edilmiş islahatlar siyahısı və özünün Berlinə səfəri sayəsində Afinaya etimadı bərpa etməyə başlayıb. Avropa Parlamentinin rəhbəri vurğulayıb ki, onun fikrincə, Tsipras Moskvadan kömək müqabilində Avropanın Rusiya barəsində vahid mövqeyi ilə spekulyasiya etmək cəhdlərini qəbuledilməz sayır.

Bundestaqda Avropa İttifaqı Məsələləri Komitəsinin rəhbəri Günter Krixbaum elə həmin qəzetə müsahibəsində Şultsun mövqeyinə şərik olduğunu bildirib. Onun fikrincə, əgər Yunanıstan hökuməti Kremldə öz xilaskarlarını tapacağına ümid edirsə, o, bu mərci uduzacaq. Siyasətçi əmindir: Müxalifətlə rəftar və Ukrayna münaqişəsindəki hərəkətlər Moskvanın sülh, azadlıq, demokratiya qanunun aliliyi kimi Avropa dəyərlərinə münasibətini əks etdirir. Buna görə də, Krixbaumun fikrincə, Avropadan bundan sonra da kömək almaq istəyənlər Moskvaya deyil, Brüsselə üz tutmalıdırlar.

Son xəbərlər

Orphus sistemi