​Avropa Parlamenti Rusiya ilə əməkdaşlığı dayandırıb

​Avropa Parlamenti Rusiya ilə əməkdaşlığı dayandırıb Həmçinin iki rusiyalı diplomatın parlament binasına girişi məhdudlaşdırılıb
Digər ölkələr
3 İyun , 2015 05:38
​Avropa Parlamenti Rusiya ilə əməkdaşlığı dayandırıb

Bakı. 03 İyun. REPORT.AZ/ Avropa Parlamentinin mətbuat xidməti bəyan edir ki, Rusiyanın Avropa İttifaqındakı (Aİ) səfiri Vladimir Çijov Rusiya-Aİ əməkdaşlığı çərçivəsində işin dayandırıldığı barədə məlumatlandırılıb.

"Report" xəbər verir ki, həmçinin Çijov və daha bir rusiyalı diplomatın parlament binasına girişinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Rusiya Dövlət Dumasının deputatlarına gəldikdə isə, onların Avropa Parlamentinə buraxılması barədə qərar fərdi qaydada qəbul olunacaq.

Belə bir qərar Rusiya tərəfindən Avropa siyasətçiləri üçün müəyyən edilən "qara siyahı"dan sonra qəbul olunub.

Son xəbərlər

Orphus sistemi