​Avropa Mərkəzi Bankının sədri hücuma məruz qalıb

​Avropa Mərkəzi Bankının sədri hücuma məruz qalıb Etirazçının koftasının üzərindəki "Avropa Mərkəzi Bankının diktatorluğu" yazısı diqqətləri cəlb edib
Digər ölkələr
15 Aprel , 2015 19:34
​Avropa Mərkəzi Bankının sədri hücuma məruz qalıb

Bakı. 15 aprel. REPORT.AZ/ Avropa Mərkəzi Bankının sədri Mario Dragiyə bir qadın hücum edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bankın sədri aprel ayı üzrə faiz qərarını açıqlayandan sonra mətbuat konfransı keçirib. Tədbirdə bir qadın gözlənilmədən masanın üstünə çıxaraq Mario Dragiyə konfet atıb.

Bankın sədri bir anlığa çaşqın vəziyyətdə olub. Mühafizə xidmətinin əməkdaşları qadını hadisə yerindən uzaqlaşdırıblar. Etiraz edən qadının koftasının üzərindəki "Avropa Mərkəzi Bankının diktatorluğu" ("ECB DİCKTATORSHİP") yazısı diqqətləri cəlb edib.

Bir müddət tədbirə fasilə verilib. Sonra mətbuat konfransı davam edib. 

Son xəbərlər

Orphus sistemi