Avropa Komissiyası İspaniya və Portuqaliyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Avropa Komissiyası İspaniya və Portuqaliyaya qarşı sanksiyalar tətbiq etməyəcək Bu barədə öz mənbələrinə istinadən "El Pais" qəzeti yazıb
Digər ölkələr
27 İyul , 2016 16:24
Avropa Komissiyası İspaniya və Portuqaliyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Avropa Komissiyası büdcə pozuntusuna görə İspaniya və Portuqaliyaya qarşı sanksiyalar tətbiq etməmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "El Pais" qəzeti yazıb.

Qeyd edək ki, iyulun əvvəlində Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri büdcə kəsirini Aİ-nin təyin etdiyi vaxta qədər azalda bilmədiyinə görə İspaniya və Portuqaliyaya qarşı sanksiyaların tətbiq edilməsi proseduruna rəsmi olaraq başlanması barədə razılığa gəlmişdilər. Maliyyə Nazirləri Şurası İspaniya və Portuqaliyanın büdcə kəsirini azaltmaqla bağlı onlara verilən tövsiyələr qarşılığında səmərəli tədbirlər həyata keçirə bilməməsi qənaətinə gəlmişdi.

Son xəbərlər

Orphus sistemi