Avropa İttifaqı terrora qarşı mübarizə məsələsini müzakirə edəcək

Avropa İttifaqı terrora qarşı mübarizə məsələsini müzakirə edəcək Jan Asselborn deyib ki, ittifaqın növbəti sammitinin gündəliyində Rusiya ilə Ukrayna arasındakı problemlərə dair məsələ də var
Digər ölkələr
18 Noyabr , 2015 12:32
Avropa İttifaqı terrora qarşı mübarizə məsələsini müzakirə edəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) növbəti zirvə toplantısında müzakirə ediləcək əsas məsələlərdən biri terrorçuluğa qarşı mübarizə olacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hazırda ittifaqa sədrlik edən Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib.

Onun sözlərinə görə, Aİ-nin növbəti zirvə toplantısı bu il dekabrın 17-18-də keçiriləcək.

Nazir bildirib ki, toplantının gündəliyində terrorçuluğa qarşı mübarizə, mühacir böhranı, vahid bazar məsələləri, Rusiya ilə Ukrayna arsındakı münasibətlərdəki problemlər, Aİ-də islahatların aparılması ilə bağlı Böyük Britaniyanın irəli sürdüyü təkliflər də var.

Son xəbərlər

Orphus sistemi