​Avropa İttifaqı Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırmır

​Avropa İttifaqı Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırmır Brüssel Avropa İttifaqı ölkələrinə girişi qadağan olunan şəxslərin siyahısını genişləndirəcək
Digər ölkələr
11 Noyabr , 2014 19:09
​Avropa İttifaqı Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırmır

Bakı. 11 noyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Avropa İttifaqının Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqini planlaşdırmadığını bəyan edib. Lakin Brüssel Avropa İttifaqı ərazisinə girişi qadağan olunan şəxslərin siyahısını genişləndirmək niyyətindədir. "Report" Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Minsk sazişlərinin əksər hissəsinə riayət olunmaması bizi qane etmir", - deyə A.Merkel vurğulayıb. Onun sözlərinə görə, Ukraynada atəşkəs rejimi pozulub.

Bununla yanaşı, agentlik qeyd edir ki, Aİ ölkələrinə girişi qadağan edilənlərin siyahısına Ukraynadakı separatçıların liderləri və Ukraynanın şərqində keçirilmiş seçkilərə dəstək verənlərin adları da əlavə oluna bilər.

Son xəbərlər

Orphus sistemi