Avropa İttifaqı Rusiya ilə informasiya müharibəsinə qoşulur

Avropa İttifaqı Rusiya ilə informasiya müharibəsinə qoşulur Layihənin təfərrüatları isə mayın 21-22-də Riqada keçiriləcək sammitdə müzakirə olunacaq
Digər ölkələr
22 Mart , 2015 02:05
Avropa İttifaqı Rusiya ilə informasiya müharibəsinə qoşulur

Bakı. 22 mart. REPORT.AZ/ Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə keçirilmiş sammitdə “Rusiyadan axıdılan dezinformasiyaya qarşı rusdilli medianın” yaradılması barədə təklifi müzakirə ediblər.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini deyib ki, bu istiqamətdə müzakirələrdən ibarət olan 1-ci faza iyun ayında başa çatacaq.

Layihənin təfərrüatları isə mayın 21-22-də Riqada keçiriləcək sammitdə müzakirə olunacaq.

Reuters agentliyi xəbər verir ki, Avropa diplomatlarının fikrincə, Rusiyanın yaydığı dezinformasiyanın qarşısını almaq məqsədilə verilmiş təklif Avropa Demokratiyanı Müdafiə Fondu tərəfindən öyrənilməlidir.

Layihənin iqtisadi-texniki əsaslandırmasını məhz bu qurum hazırlayacaq.

Son xəbərlər

Orphus sistemi