​Avropa İttifaqı qaçqınların məsələsinə sentyabrın 15-də baxacaq

​Avropa İttifaqı qaçqınların məsələsinə sentyabrın 15-də baxacaq Qurum “qalmaq üçün təhlükəsiz ölkələr” siyahısını genişləndirməyi planlaşdırır
Digər ölkələr
30 Avqust , 2015 23:37
​Avropa İttifaqı qaçqınların məsələsinə sentyabrın 15-də baxacaq

Bakı. 30 Avqust. REPORT.AZ/ Sentyabrın 14-də Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər və ədliyyə nazirlərinin miqrantların məsələləri üzrə təcili iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Aİ-yə sədrlik edən Lüksemburqun “Twitter” səhifəsində məlumat verilib.

İclasda əsas mövzulardan birinin “qalmaq üçün təhlükəsiz ölkələr” siyahısının genişləndirilməsi olacağı gözlənilir.

Eyni zamanda, Avropa ölkələri ilin sonunadək qeyri-leqal miqrant və qaçqınların yerləşdirilməsi probleminin xüsusilə kəskin olduğu İtaliya və Yunanıstanda qaçqınlar üçün qəbul məntəqələri açmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi